Qarabağ de-fakto və de-yure Azərbaycanın ərazisidir.
Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O, Qarabağdakı Rusiya sülhməramlıları məsələsinin İrəvanla müzakirə olunmadığını söyləyib: “Qarabağdakı Rusiya sülhməramlıları məsələsi İrəvanla müzakirə olunmayıb. Çünki de-fakto və de-yure bura Azərbaycanın ərazisidir”.
Peskov vurğulayıb ki, Qarabağdakı Rusiya sülhməramlılarının sonrakı taleyi Azərbaycanla müzakirə olunacaq: “Lakin Ermənistanla təmaslar davam edəcək”, deyə Kreml rəsmisi qeyd edib.