17 C
Baku
Saturday, April 13, 2024

Peskov: “Rusiya Krımı heç kimlə, o cümlədən Ukrayna ilə müzakirə etməyəcək”

Rusiya Krımı heç kimlə, o cümlədən Ukrayna ilə danışıqlarda müzakirə etməyəcək. Krım Rusiya Federasiyasının bir hissəsidir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Krım Rusiya Federasiyasının bir hissəsidir və bizim konstitusiyamıza görə, biz Rusiya Federasiyasının ərazilərinin, regionlarının taleyini heç kimlə müzakirə edə bilmərik, bundan söhbət gedə bilməz, bizim konstitusiyamızda belə yazılıb”, – Kremlin sözçüsü vurğulayıb.

Rusiya Prezidentinin mətbuat katibi Ukraynanın təhlükəsizliyinin təminatçısı olan ölkələr mövzusunu şərh etməyib, danışıqlarla bağlı əlavə məlumat üçün Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski ilə əlaqə saxlamağı məsləhət görüb.

“Həmkarım Medinski bu gün əlavə məlumat verəcək, ona müraciət edə bilərsiniz”, – Peskov əlavə edib.

Son xəbərlər
Digər xəbərlər