Kremlin sözçüsü Dmirti Peskov “Müzakirələrdə Rusiya və Ukrayna heyətləri birbaşa görüşürlər, vasitəçiyə ehtiyac yoxdur”- deyib.
Banker.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Peskov Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük üçün müraciəti ilə əlaqədar belə bildirib:”Aİ hərbi blok olmadığına görə strateji təhlükəsizlik problemi yaratmır”.
Putinə tətbiq edilmiş sanksiyalar haqqında danışan Peskov “Şəxsi sanksiyaların heç bir təsiri olmadı”-deyə bildirib.