17 C
Baku
Monday, April 29, 2024

Peter Siyarto Azərbaycanda səfərdədir

Macarıstanın xarici işlər naziri Peter Siyarto Azərbaycana gəlib.

Bu barədə nazir “Facebook” hesabında məlumat verib.

Nazir Siyarto Cənub Qaz Dəhlizinin (CQD) Məşvərət Şurasının iclasında iştirak etmək üçüm Bakıda olduğunu bildirib.

O deyib ki, CQD ilə yanaşı Xəzər dənizi vasitəsilə elektrik xəttinin çəkilməsi ilə maraqlanan nazirlər də Bakıda toplaşacaq.

“Cənub-Şərqi Avropadan olan həmkarlarımız da burada olacaqlar. Ümid edirik ki, şaxələndirmə planlarının konkretləşdirilməsində əsaslı irəliləyiş əldə edə biləcəyik. Azərbaycanın hasilatından təbii qazın alınması Mərkəzi Avropanın alternativ təbii qaz mənbələri baxımından ən real ssenaridir”, – deyə Peter Siyarto bildirib.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər