24 C
Baku
Monday, April 29, 2024

Peter Siyarto: Bu dostluq “təbii qaz dostluğu” deyil

“Bu dostluq “təbii qaz dostluğu” deyil”.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Cəbrayılın Soltanlı kəndinin təməlqoyma mərasimində çıxışında belə deyib.

O bildirib ki, 13 il əvvəl Macarıstan Baş nazirini Azərbaycana səfərinə görə qınayan Avropa ölkələrinin liderləri indi Azərbaycanın təbii qaz resurslarından faydalanmaq üçün Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün fürsət axtarırlar.

“13 il əvvəl biz ilk dəfə Baş nazirlə burada olduq və Avropa İttifaqından olan tərəfdaşlarımız tərəfindən Azərbaycana gəldiyimiz üçün tənqidlərə və hücumlara məruz qalırdıq. O zaman bizi tənqid edən və bizə hücumlar edən bu avropalı və digər Qərb siyasətçiləri indi təbii qaz əldə etmək üçün Azərbaycan Prezidenti ilə foto çəkdirmək üçün əllərindən gələni edirlər”, – o əlavə edib.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər