İran prezidenti Məsud Pezeşkian Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı regionda təhlükəsizliyi təmin etmək üçün Qərb ölkələrinin İsrailə dəstəyinin dayandırılmalı olduğunu deyib.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İran prezidenti Məsud Pezeşkiyan və Fransa prezidenti Emmanuel Makron telefonda regional məsələləri müzakirə ediblər.
“Qərb ölkələri bölgədəki təhlükəsizlik probleminin qarşısını almaq istəyirlərsə, dərhal İsrailə dəstəyi dayandırmalıdırlar”, – deyə Pezeşkian danışıq zamanı bildirib.
İranın xarici işlər nazirinin müavini Əli Baqiri də İranın İsrailin təcavüzünün qarşısını almaq üçün qanuni müdafiə hüququndan istifadə edəcəyini bildirib.