9 C
Baku
Friday, December 13, 2024

“Pfizer” peyvəndi COVID-19-un yeni növünə qarşı effektiv olduğunu göstərib

“Pfizer” və “BioNTech” şirkətləri tərəfindən hazırlanmış koronavirus əleyhinə peyvənd, İngiltərədə və Cənubi Afrikada aşkarlanan mutasiya olunmuş virusa qarşı effektiv olduğunu göstərib.

Banker.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “New York Post” yazıb.

“Pfizer”in aparıcı mütəxəssislərindən biri olan Fil Dormitzerin sözlərinə görə, əvvəlcə mutasiya olunmuş koronavirusun daha sürətli yayılması və peyvəndə qarşı təsirsiz olduğu qorxusu var idi.

Tədqiqat zamanı peyvənd alan insanların qanından istifadə edilib. Alimlər bu dərmanın N501Y ilə yanaşı, daha 15 mutasiya növü ilə mübarizə apara biləcəyini kəşf ediblər.

Xatırladaq ki, dekabrın 15-də Böyük Britaniyanın səhiyyə naziri Mett Hekok ölkədə yeni mutasiya olmuş koronavirus növünün aşkarlandığını elan etmişdi. İngiltərənin baş naziri Boris Conson koronavirusun bu növünün 70% daha sürətli yayıldığını açıqlamışdı.

Son xəbərlər
Digər xəbərlər