26 C
Baku
Friday, April 19, 2024

“Pfizer” peyvəndinin 5 yaşdan yuxarı uşaqlar üçün təhlükəsiz olduğunu açıqladı

“Pfizer” və “BioNTech” beş yaşdan on bir yaşa qədər olan uşaqlarda peyvənd sınaqlarının üç mərhələsindən ikincisinin nəticələrini açıqlayıb.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Pfizer”in rəsmi veb-saytında deyilir.

Sınaq iştirakçılarına 21 gün intervalı ilə 10 mikroqram iki doza peyvənd vurulub. Bu, 12 yaşdan yuxarı uşaqların aldığı həcmin üçdə birini təşkil edir. Eyni zamanda istehsalçı 5-11 yaş arası uşaqlarda anticisimlərin miqdarının üç qat daha çox preparat alan 16-25 yaşlı insanlarla müqayisə edilə bilər.

Ümumilikdə sınaqda 2268 uşaq iştirak edib. “Pfizer”in vurğuladığı kimi, onların hər birinin vaksinasiyası uğurlu keçib, yan təsirlər isə 16-25 yaş arası iştirakçılarla demək olar ki, eynidir.

Son xəbərlər
Digər xəbərlər