“Adobe” şirkəti “Photoshop” proqramının pulsuz onlayn versiyasını sınaqdan keçirməyə başlayıb. Banker.az xarici mediaya istinadən xəbər verir ki, hazırda qrafik redaktorun bu versiyası yalnız Kanadada əlçatandır, lakin zamanla onun digər ölkələrdə də istifadəyə verilməsi planlaşdırılır.
Xidmətin təsvirində deyilir ki, “Photoshop”un onlayn versiyası pulsuz olaraq qalacaq, buna görə də bəzi funksiyalar proqramdan çıxarılacaq və yalnız ödənişli abunəçilər üçün əlçatan olacaq.
“Biz Photoshop-u daha əlçatan və sadə etmək istəyirik ki, daha çox insan bu məhsulu sınaqdan keçirə bilsin”, – şirkət əlavə edir.
“Photoshop”un onlayn versiyasının Kanada xaricində nə vaxt görünəcəyi hələki açıqlanmır.