17 C
Baku
Monday, April 29, 2024

“PickPoint” Rusiyada fəaliyyətini dayandırır

Çatdırılma xidməti “PickPoint” Rusiyada fəaliyyətini dayandırılıb, Banker.az bu barədə TASS-a istinadən xəbər verir.

“Biz işi müvəqqəti dayandırırıq”, – şirkətin əməkdaşı bildirib.

O əlavə edib ki, göndərilmək üçün bağlamaya qoyulmuş bütün əşyalar göndərənlərə qaytarılacaq.

Xidmətin dövriyyəsinin azalması “PickPoint”in müştəri portfelinin əsas hissəsini təşkil edən Qərb pərakəndə satış şirkətlərinin Rusiyanı tərk etməsi, eləcə də Qərb investorundan maliyyə ala bilməməsi ilə əlaqədardır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər