2 C
Baku
Saturday, December 14, 2024

“Pinterest” cinsi ayrı-seçkilik qalmaqalını həll etmək üçün 20 mln. dollar ödəyib

Amerikanın “Pinterest” xidməti şirkətdə cinsi ayrı-seçkilik ilə bağlı qalmaqalı həll etmək üçün 20 milyon dollar ödəyib.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Pinterest” sözçüsünə istinadən “Bloomberg” məlumat yayıb.

Xatırladaq ki, söhbət şirkətin keçmiş əməliyyat direktoru Fransuaza Brouqer tərəfindən qaldırılmış məhkəmə iddiasından gedir. 2020-ci ilin avqust ayında qadın “Pinterest” rəhbərliyini cinsi ayrı-seçkilində günahlandıraraq, bu barədə yazdığı məktubu yayımlamışdı. Brouqer maaşının kişi həmkarlarının maaşından daha aşağı olduğunu, şirkətin yaradıcılarından biri Ben Zilbermanın isə qadın işçilərinin mövqeyinə əhəmiyyət vermədiyini aşkar etmişdi.

Brouqer şirkəti məhkəməyə vermək niyyətini açıqladıqda, aşağı maaşlarından narazı olan daha iki qaradərili həmkarının dəstəyini qazanmışdı. Qadınlar bu problemi “Pinterest”in insan resursları şöbəsi ilə müzakirə etməyə çalışdıqlarını, lakin heç bir nəticə əldə edə bilmədiklərini söyləyiblər.

“Pinterest” bu məsələni araşdırdığını, lakin heç bir qanun pozuntusu tapmadığını bildirib. Buna baxmayaraq, Brouqer ilə qarşılıqlı barışıq qəbul edilib: qadın 20 milyon dollar təzminat qarşılığında iddiasını geri götürməyə razı olub.

Son xəbərlər
Digər xəbərlər