25 C
Baku
Saturday, April 20, 2024

Pişik Simon — Britaniya dəniz qüvvələrinin qəhrəmanı

1948-ci ilin mart ayında Britaniya “Ametist” adlı patrul gəmisinin kiçik matrosu George Hickinbottom Honq Konq limanında təqribən 1 yaşında olan pişik tapır. O bu zaman ağlına belə gətirmirdi ki, bu aciz pişik onu hərbi rütbədə geri qoyacaq və bütün İngiltərədə məşhur olacaq. Onun Simon adlandırdığı pişiyi özü ilə gəmiyə qaldırır, yedirdir və müalicə edirdi. Tezliklə pişik sağalır və artıq gəmidə çoxlu sayda olan siçovulları ovlamağa başlayır.

Lakin digər pişiklərdən fərqli olaraq o ovladığı siçovulları gətirərək kapitanın kayutasının qapısının qarşısına qoyurdu. Tezliklə Simon bütün “Ametist” gəmisinin sevimlisinə çevrilir və hətta kapitanın otağında yatmaq şərəfinə nail olmuşdu. Belə ki, bu pişik gəmidə ciddi missiyaya sahib idi. Çünki siçovullar bütün məhsulu məhv edir, tuberkuloz və yatalaq xəstəliyi yaradırdılar.

1948-ci ilin sonunda “Ametist” Yantszı çayı boyunca Nankin limanına getmək tapşırığı alır. Bu zaman Çin artilleriya əsgərləri gəmiyə atəş açır. Atəş nəticəsində mərmilərdən biri Simonun adəti üzrə yatdığı kapitan kayutasına düşür. Kapitan həlak olsa da, Simon mərmi yarası alır. Ağır yaralanmış pişik çətinliklə göyərtəyə qədər gələ bilmişdi. Burada isə həkim dənizçilər onu əllərinə alır. Çox az insan Simonun yaşayacağına ümid edirdi, ondan 4 mərmi çıxarılmışdı. Lakin artıq bir neçə gündən sonra pişik öz həmişəki missiyasına – gəmidəki siçovulları məhv etmək işinə davam edir.

İngiltərəyə geri döndükdə heyət üzvləri mükafatla təltif edilir. Bunlar sırasında pişik Simon da var idi. O Mariya Dikin medalı – heyvanlar üçün hərbi mükafat ilə təltif edilir. Bundan əlavə ona ali matros rütbəsi də verilir. O bir müddətlik surrey qraflığında bir sığınacaqda yerləşdirilir. Elə buradaca o hər hansı bir infeksiya ilə yoluxur və ağır xəstələnir. Veterinarların bütün səylərinə baxmayaraq Simon 28 noyabr 1949-cu ildə ölümə tabe olur.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər