15 C
Baku
Tuesday, April 30, 2024

Piter Til: Qüvvənizi rəqabətə sərf etməyin

Nəyə görə rəqabət –heç də həmişə yaxşı deyil? Nəyə görə yaxşı məhsul mütləq şəkildə qalib gəlmir? Suallarımızı PayPal-ın yaradıcısı, Facebook-un ilk sərmayədarı və Silikon vadisinin (Silicon valley) əfsanəvi iş adamı Piter Til cavablandırır.

Bu yaxınlarda Silikon vadisinin vençur investoru, iş adamı, Facebook-un sərmayəçisi və nəhayət PayPalın təsisçisi Stenford universitetində kompüter elmləri və start-upların yaranması nəzəriyyəsi üzrə mühazirə deməyə başlamışdı. Mühazirədən əvvəl Til belə söyləyib: «Əgər mən öz işimin öhdəsindən yaxşı gəlsəm, bu sizin öyrənməli olduğunuz son fənn olacaq». Sizə bu mühazirələrdən bəzi seçmə fikirləri təqdim edirik.

Əsl proqress – şaqulidir

Istənilən proqress iki növdə olur: üfüqi və şaquli.  Üfüqi (yəni horizontal) proqress uğurla işləyən texnologiyanın geniş tirajla çoxalmasıdır. Bu “qloballaşma” adlanır. Buna nümunə olaraq XIX əsrdə inkişaf etməkdə olan ölkələrin dəmiryolu texnologiyalarını qabaqcıl ölkələrdən mənimsəməsini götürmək olar. Amma qloballaşmanın özündə innovativ xarakterli heç nə yoxdur: bu 1-dən n-ə doğru hərəkətdir. Ən uğurlu texnoloji kompaniyalar – Facebook, Palantir, SpaceX  isə 0-dən 1-ə doğru hərəkət edirlər. Bu isə şaqulu (vertikal) proqressdir. İnsanlar həddindən artıq horizontal tərəqqiyə can atmaqda meylidirlər.  Amma daha vacib olanı 0-dan 1-ə doğru addım atmağı bacarmaqdır. Bütün dahi kompaniyalar məhz bunu gerçəkləşdirməyi bacarıb, qalanları isə yox.

Sirr –uğurun təməlidir

Hamının heç bir tərəddüd etmədən uğur qazanacağına inandığı kompaniya heç vaxt uğur qazana bilməz. Bu zaman qarşı tərəfə verilməli olan sual məhz belə səslənir: siz dünya haqqında elə bir şey bilirsiniz ki, o mütləq həqiqət olsa da, qalan heç kəs onunla razılaşmır? İnsanlar daha sirlərə inanmır. Amma onlar yenə də vardır: Əslində dünyamız sirlərlə doludur. Sadəcə onları tapmaq və onların üstünü açmağı öyrənmək lazımdır. Əksər problemlərin həlli yolu vardır. Nəzəri baxımdan, yaradılması mümkün olan çoxlu sayda potensial kompaniyalar mövcuddur.

Gücünüzü rəqabətə sərf etməyin

Kapitalizmin mahiyyəti – var-dövlət toplamaqdır. Amma ideal rəqabət zamanı hər kəs pul qazanmır: bütün pul rəqabətin davam etdirilməsinə sərf olunur. Rəqabət cəmiyyətin və hətta dünyanın da mənafeyinə uyğun ola bilər, amma o, heç də həmişə ayrı-ayrı fərdlərin marağına uyğun olmur. Praktikada isə bütün mümkün vasitələr ilə rəqabətdən qaçmaq lazımdır. Artıq mövcud olan bazarlarda yer əldə etmək uğrunda mübarizə aparmağa dəyməz, təzə bazarlar yaratmaq daha yaxşıdır. Düzdür, konfliktlər həddindən artıq romantik şəkildə təsvir olunur, amma onlar həddindən artıq güc tələb edir. Onlardan yayınmaq və monopoliya yaratmağı düşünmək daha faydalıdır.

Yaxşı məhsulun qalib gəlməsi mütləq qanunauyğunluq deyil

Nəyə görəsə belə hesab olunur ki, uğurlu texnologiya özü-özünü müstəqil şəkildə satır. Bu yalandır. Tarix bunun tərsini sübut edən nümunələr ilə doludur. Nikol Tesli xatırlamaq kifayətdir. O, Tomas Edisondan daha yaxşı mühəndis və alim idi. Amma Edison daha yaxşı biznesmen idi və məhz o, General Electric kompaniyasının əsasını qoyub. Insanlar əmindir ki, start zamanı kompaniyada hər şeydən daha vacibi komanda, onun strukturu və korporativ mədəniyyətidir. Amma əslində paylamadan (distrubition) daha vacib heç nə yoxdur. Əksər şirkətlər ona görə məğlubiyyətə düçar olur ki, öz məhsulunun düzgün satış yollarını fikirləşə bilmirlər. Həmişə bu haqda düşünmək vacibdir.

Yadda saxlayın: 20% səy 80% nəticə verir

İnsan təbiəti belə qurulub ki, o hadisələrin “normal” ədalətli gedişini gözləməyə adət edib. O fikirləşir ki, 50% zəhmət 50% də bəhrə verəcəkdir.  Əslində dünyadakı bölgü tamamı ilə başqa cürdür. Bu zaman 20% səy nəticəsində 80% nəticə əldə edirsən. Bu prinsip (o Pareto qanunu da adlandır)  planetdəki əksər hadisələri izah edir –təbii fəlakətlərdən tutmuş biznesə qədər. Əsas effekti az müşahidə olunan təzahürlər doğurur (məsələn zəlzələlər az müşahidə olunur, amma onların gücü daha dağıdıcıdır). Bu məntiq həmçinin də vençur investisiya edilən start-uplara tətbiq edilir. Az miqdarda kompaniya hər şey əldə edir, qalan kompaniyaların əksəriyyəti isə heç nə qazanmır. Vacib odur ki, bunu həmişə yadda saxlayasan.

Pis plan plansız olmaqdan daha yaxşıdır

Bu gün gələcəkdən xəbər verməyin qeyri-mümkünlüyünü hesab etmək adət halını alıb. Yəni gələcək qeyri-müəyyəndir və prinsip etibarı ilə hesablamalara tabe olmur. Bu isə ifrat dərəcədə ehtiyatlı davranışa gətirib çıxarır. Gənc insanlar xırda uğurlu proyektlərin portfoliosunu yaratmağı daha üstün tuturlar, nəinki qeyri-mümkün hədəflərin arxasınca yüyürməyi. Amma ki, riski minimallaşdırmaq -əksər hallarda heç də ən düzgün yol deyil. Qüdrətli olmaq üçün qüdrətli planlar haqqında düşünmək lazımdır. Həmişə gələcəyinizi planlaşdırın.

Təməl qoyarkən səhvə yol verməyin

Təməlində səhvə yol verilmiş bina təmir üçün də yaramır. Kompaniyanın inkişafının birinci mərhələsi ən vaciblərdən biridir. Bu mərhələdə, hətta gələcəkdə korrektə edilməsi qeyri-mümkün olan nüansları düzəltmək, səhvləri aradan qaldırmaq hələ mümkündür. Ən başda yol verilən səhvlər son nəticədə uğursuzluğa gətirib çıxarır. Adətən kompaniya öz fəaliyyətini dayandırdıqda nədənsə hamı bunun günahını bazar və tərəqqidə görür. Amma əsas səbəblər kompaniya yaradılarkən yol verilən səhvlərdir. Ona görə də həmişə kompaniyanın fəaliyyətinin fundamental prinsiplərinə olduqca ciddi və ehtiyatla yanaşmaq lazımdır: gələcəkdə bu prinsipləri dəyişmək inanılmaz dərəcədə çətin olacaq.

Siz təkrarolunmazsınız: yeni yolları araşdırın

Hər bir insan və hər kompaniya özlüyündə təkrarolunmazdır. Siz hər hansı bir qərar qəbul etdikdə, onun olduqca ağlasığmaz fəsadları ola bilər. Müəyyən mənada istənilən bir insanın həyatı təkrarsızdır, müstəsnadır: elə bir məqam yetişir ki, üfüqdən o tərəfdə səni nə gözlədiyini bilmirsən. Ortaya çıxan məntiqi sual: bu bilgi ilə nə etmək məqsədəuyğundur?  Müntəzəm eşitdiyiniz cavab: artıq tapdanmış yollardan keçmək, düşünülməmiş addımlar atmamaq, daha az risk etmək. Bu düzgün deyil. Insanlar özünü çox ucuza satır. Insan təcrübəsində və biliklərində ağ ləkələr həddən artıq çoxdur.  Daha da irəli gedərək onları araşdırmaq lazımdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər