14 C
Baku
Wednesday, April 24, 2024

Pivə zavodunun rəhbərliyində dəyişiklər olacaq – AÇIQLAMA

“Baki-Pivə” ASC-nin Müşahidə Şurasının qərarına əsasən Cəmiyyətin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Bu barədə Banker.az-a ASC-dən daxil olan məlimatda deyilir.

Məlumata görə, ümumi yığıncaq 23 avqust 2019-cu il, saat 10:00 da olmaqla “Qafqaz City Hotel”

Gündəliyə, Ümumi Yığıncağın sədrinin və katibinin seçilməsi; Hesablama Komissiyasının buraxılması və yeni üzvlərin seçilməsi; Təftiş Komissiyasının buraxılması və yeni üzvlərinin seçilməsi; Cəmiyyətin Müşahidə Şurasının üzvlərinin və sədrinin seçilməsi; Cəmiyyətin Təftiş Komissiyasının üçüncü üzvünün seçilməsi; Cəmiyyətin 2018-ci maliyyə ili nəticələrinə aid olan hesabatların, mühasibat balanslarının, Cəmiyyətin 2018-ci il üçün mənfəət və zərər hesablarının təsdiq edilməsi;  2018-ci maliyyə ilinin nəticələri üzrə illik dividendlərin ödənilməsi kimi məsələlər daxil edilib.

Xatırladaq ki, “Bakı-Pivə” zavodu 1969-cu ildə istifadəyə verilib. “Carlsberg Group” şirkətinə inteqrasiyanı davam etmək üçün 2017-ci ilin fevral ayında zavodunu adı dəyişdirilərək “Carlsberg Azerbaijan” adlandırılıb.

Hazırda zavod, “Xırdalan”, “33 export”, “Baltika 7”, “Baltika 9”, “Baltika Kuller”, “Tuborg Green”, “Əfsanə”, “Zhigulevskoe Firmennoye”, “Carlsberg” və “Somersby Apple Cider” adlı əmtəə nişanları ilə bazarda çıxış edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər