30 C
Baku
Friday, July 5, 2024

Planetin ən maraqlı məkanları

Sokotra adasında “Əjdaha qanı” ağacı. “Əjdaha qanı” və digər 700-ə qədər flora və fauna nümayəndəsi səyahətçiləri Hind okeanında yerləşən Sokotra adasına cəlb edir. Burada xüsusilə də eko-sistem inkişaf edir.

dragons%20blood544

Şimali Koreya, Pxenyanda yerləşən Mansude abidəsi. Mansude abidəsi – turistlər ölkənin əvvəlki diktatoru Kim İrin bürüncdən hazırlanmış heykəlindən 20 metrlik məsafədə olmalı və həmişə baş əyməlidirlər. Yalnız bundan sonra turistlərə çəkil çəkdirməyə icazə verilir. Bu, liderin sizi pozitiv formada qarşılaması üçün həyata keçirilir.

pyongyang mansudae

Butan Krallığında Takstan monastırı. Butan krallığı yeganə ölkədir ki, orada ÜDM əvəzinə Ümumi Daxili Xoşbəxtlik göstəricisi hesablanır. Takstanın mənası “pələngin quyruğu” deməkdir və monastırın özü Paro vadisində qayalıqların üzərində yerləşir. Takstan monastırını görmək üçün dağın döşü ilə yuxarı piyada və ya qatırla qalxmaq lazımdır.

interesting places taktsang monastery bhutan2

Doqonların Malidə yerləşən evləri. Doqonlar Afrikanın şərqində Malidə yaşayan etnik qrupdur. Onların məskunlaşdığı yer qeyri-adi memarlığı ilə seçilən evlərlə xarakterizə olunur. Əgər qeyri-adi və maraqlı yerlərin şəklini çəkməyi xoşlayırsınızsa, onda taxıl, qida məhsulları, geyim, zərgərlik əşyaları və pulların saxlanılması üçün küləşlə örtülmüş damları olan tikililər yaxşı mənada sizi təəccübləndirəcək.

Dogon%20Village

Antarktika buzlaqları. Antarktika son zamanlar daha çox səyahətçiləri özünə cəlb edən planetin ən unikal məkanlarından biridir. Dünyanın ən soyuq qitəsi həmçinin insan təsirinə ən az məruz qalan qitədir. Parlaq ağ peyzaj, eləcə də unikal vəhşi təbiət unudulmaz səyahətin təminatıdır.

antarktka

Qabonda okean begemotları. Qərbi Afrika sahilləri dünyada yeganə məkandır ki, burada okeanda üzən begemotlara rast gəlmək olar. Qabon eləcə də qorilla, fil və mandrillərin yaşadığı sıx tropik meşələr, zəngin heyvanat aləmi ilə məşhurdur.

begemot

Monqolustanda Naadam festivalı. Artıq 2000 ildir ki, Monqolustanda hər il döyüş sənəti üzrə turnir keçirilir. İlk dəfə döyüş sənəti ilə Çingiz xan öz hərbi dəstəsini məşq etdirmək üçün məşğul olmuşdur. Festival zamanı iştirakçılar parlaq ikirəngli kostyumlar geyinir və otlarla döşənmiş stadionlarda döyüşürlər. Ən maraqlısı budur ki, pəhləvanlar çəkiyə görə bölünmür ki, bu da festivalı əyləncəli mübarizəyə çevirir.

nadaam

Argentina, Saltada şor düzənliklər. Bu, valehedici görüntüdür: mavi səma fonunda uca dağlarla əhatəyə alınmış geniş ağ məkan… Bundan əlavə vaxtilə bu ərazilərdə məskunlaşmış qədim ink tayfalarının unikal mədəniyyəti və tarixi ilə tanış ola bilərsiniz.

salta

Çernobıl AES. Çernobıl AES-da baş vermiş dəhşətli atom qəzasından 23 il sonra turizm agentlikləri atom-reaktorlar, “ölü şəhər” və radiasiya nəticəsində şam ağaclarının qırmızı-narıncı rəngə boyandığı “qırmızı meşəni” görə biləcəyiniz eko-turlar təqdim edirlər.

Red forest1

Böyük düzənliklərdə bizon ovu. Şimali Amerika Böyük düzənliklərinin Missuri yaylasının qədim sakinləri hindular 5500 il ərzində bizonları izləyir, onları qayalardan itələyərək öldürürdülər. Düzənliklərdə bizon ovu zamanı tapdalanmış cığırlar hələ də qalmaqdadır və bura Şimali Amerikada ən böyük tarixi məkandır. 1981-ci ildə Böyük düzənliklər YUNESKO-nun dünya irsi siyahısına daxil edilmişdi.

bizon

Tuva sakinlərinin boğaz nəğmələri. Cənubi Sibir, Tuva sakinlərinin boğaz nəğmələri əcnəbilərin qulağı üçün qeyri-adi gəlir və harmoniya hissi bağışlayır. Bu oxuma tərzi təbiət səslərini yaratmaq üçün eyni anda iki və daha çox tonallığı özündə ehtiva edir. Vaxtın belə keçirilməsi əsasən çobanlar arasında çox məşhurdur.

tuva%20sas

Son xəbərlər
Digər xəbərlər