Çinin fond bazarı kapitalizasiyasına görə 3 ildə ilk dəfə olaraq Yaponiyanı geridə qoyaraq ikinci pilləyə yüksələ bildi. Liderliyi isə ABŞ fond bazarı edir.
ABŞ
İlk yeri ABŞ fond bazarı tutur və amerikan bazarının kapitalizasiyası 16 trilyon dolları geridə qoyur. 1945-ci ildən başlayaraq ABŞ fond bazarı demək olar ki, hər il kapitalizasiya üzrə rekordlara imza atır.
Səhm satışları hər il Amerika şirkətlərinə 200 milyard dollara qədər gəlir qazandırır ki, bu da digər ölkələrin fond bazarları üçün əlçatmaz nəticə hesab edilir.
Çin
Bloomberg agentliyinin məlumatına görə, Çinin fond bazarı kapitalizasiyasına görə 3 ildə ilk dəfə olaraq Yaponiyanı geridə qoyaraq ikinci pilləyə yüksələ bilib. 2014-cü ildən başlayaraq Çinin səhm bazarının kapitalizasiyası 33% yüksəlmişdir.
Yaponiya
Yapon fond bazarının kapitalizasiyası bu il 3,2%-dən 4,46 trilyon dollara qədər azalmışdır. Bu ölkənin fond bazarı inkişaf etmiş ölkələrin fond bazarları sırasında ən gənci hesab edilir. 1948-ci ildə Yaponiyada qiymətli kağızlar və fond birjaları haqqında qanun qəbul edilib və olaraq ABŞ-ın qiymətli kağızlar üzrə qanunvericiliyi buna əsas olaraq götürülmüşdü.
Böyük Britaniya
Böyük Britaniyanın fond bazarı dünyanın ən qədim, hazırda isə kapitalizasiyasına görə Avropanın ən nəhəng fond bazarı hesab edilir. Britaniyanın fond bazarında hazırda London fond birjası (London Stock Exchange –LSE) liderlik edir.
Honq Konq
Honq Konq fond birjası HKEx Honq Konqda yerləşən nəhəng fond birjasıdır və 1947-ci ildə iki birjanın yaradılması yolu ilə yaradılıb.
2012-ci ildə Honq Kond fond birjası London metal birjasını 2,2 milyard dollara əldə etmişdi.