Plastik pullar: xüsusiyyətləri və davamlılıq testi

Həqiqətənmi polimerdən olan plastik pul etibarlı və dayanıqlıdır?

Otuz il əvvəl dünyanın ilk polimer banknotları dövriyyəyə buraxıldı. O vaxtdan bəri, yenilik bir sıra ölkələrdə qəbul edildi, çünki plastik pul daha praktik, qorunan və davamlı olmağını sübut etdi.

Banker.az saytın  redaksiyası  plastik pulla bağlı daha çox məlumat əldə etməyi və adi  pullardan daha çox dayanıqlı olub olmadığını yoxlamağı təklif edir.

Plastik pullar necə yaranıb?

Yeni nağd pulların yaradılması haqqında   50 il bundan əvvəl düşünülüb. 1967-ci ildə Avstraliyada saxta on dolarlıq banknotların sayı artdı. Əlavə olaraq, rəngli fotokopi apparatının  miqdarı artmışdır ki, bu da Avstraliya ehtiyyat  Bankının narahatçılığının  artmasına səbəb olmuşdur.

Saxta banknotlar kiçik satış yerlərində satınalmalarda istifadə edilmişdir. Saxta pullar  «Times Bakery»adlanırdı, çünki Times Bakery binasında (banknotun arxasındakı) üfüqi xəttlər binanın şaquli kənarı ilə örtülməmişdilər.

1968-ci ildə mərkəzi bank Elmi və Tətbiqi Araşdırmalar Assosiasiyasının (CSIRO) elm adamları ilə birgə, banknotların daha yaxşı qorunmasını təmin edən texnologiyalar inkişaf etdirməyə başladı. Tədqiqat zamanı difraktiv optik dəyişən cihaz (DOVD) hazırlanmışdır. Həmçinin, elm adamları DOVD’nin düz bir səthə tətbiq edildiyi zaman ən yaxşı optik təsir göstərdiyi aşkar etdilər. Beləliklə qorunmanın əsas elementi olaraq DOVD ilə polimer substratın hazırlanması qərara alındı. Polimer banknotların inkişafı ilə bağlı ilk patent 1973-cü ildə açılmışdır.

Bu pullar 1970-ci illərin eksperemental nümunələridir. Banknotun üstündə Nobel Sülh Mükafatı laureatı Albert Schweitzer (1875-1965) şəkli əks olunur.

Polietilen liflərdən alternativ polimeri Tyvek DuPont şirkəti buraxıb . 1980-ci illərin əvvəlində  pul nişanlarının istehsalı üçün onu American Bank Note Company istifadə edirdi. Lakin, test mərhələsində Tyvek pis performans göstərib : banknotlar kövrək oldu, mürəkkəb isə yayılırdı. Yalnız Kosta Rika və Haiti, Tyvek polimerindən banknotları buraxdı, ancaq aşkar edilmiş nöqsanlara görə imtina etmək məcburiyyətində qaldı. Test merhelesi Ekvadorda, El Salvador, Honduras və Venesuelada da keçirilib, lakin qanuni dövriyyəyə banknotlar buraxılmayıb.

İlk müasir polimer banknotları Avstraliya Reserve Bankı (RBA) və CSIRO tərəfindən hazırlanmışdır. Banknotlar 26 yanvar 1988-ci ildə Avstraliya günündə buraxılıb –bu iki yüz il öncə 11 yelkənli gəmilərin  ilk Avropa koloniyasının təməllərini qoymaq üçün Böyük Britaniya qitəsinin  sahillərinə gələn gündür.

1980-ci illərin ortalarında inkişaf etdirilən İlk Flot həsr olunmuş banknotların prototipləri.

Dünyada ilk dəfə polimer substratında on dollarlıq banknot çap olunub. O, DOVD ilə təchiz olunmuşdur  və üzərində Kapitan Cooki təsvir edilmişdir.

Birinci Flotun  şərəfinə banknotun son versiyası

1992-ci ildə Avstraliyada 5, 20 və 50 dollarlıq polimer banknotlar basıldı. 1996-cı ildə ölkənin tamamilə polimer pula keçməsi uçün 100 dollarlıq polimer pul buraxılıb.

Bizim dövrümüzdə plastik pul onlarla ölkələrdə dövriyyədədir. Polimer pula tamamilə keçid etmiş  dövlətlərin siyahısı ilə tanış olmaq üçün materialımızdan istifadə edə bilərsiniz.

Polimerdən hazırlanmış banknotların üstünlükləri

=Onlar daha təmizdir. Polimer banknotları  kir və nəmə davamlıdır, buna görə də kağızdan daha təmiz qalırlar.

=Onlar daha təhlükəsizdirlər. Polimer materialları saxta pulların görünüşünü maneə törətməyi təmin edən təkmilləşdirilmiş üsullarla banknotları təchiz etməyə imkan verir.

=Onlar daha çox aşınmaya davamlıdırlar ki, bu dövriyyədə olan banknotların ümumi keyfiyyət səviyyəsini artırmağa imkan verir.

                                                    Davamlılıq testi

PaySpace Magazine, plastik pulların adi puldan daha güclü olub olmadığını və çirklənmədən və sudan qorxmadığını öyrənmək üçün öz testini keçirdi. Biz Rumıniyalı lei sınadıq.

Polimerdən banknotların qorunma elementləri

Polimer banknotlarda ümumiyyətlə üç səviyyəli təhlükəsizlik var. Plastik banknotların bəzi qoruyucu elementləri adi kağız pulların üzərində tətbiq edilə bilməz.

  1. Plastik banknotların qorunmasının əsas elementləri çılpaq gözlə görünə bilər – məsələn qravür basqı (intaglio), su nişanları, mikrotekst, metal cizgilər və banknotlarda şəffaf sahələr;
  2. Banknotların ikinci qorunma elementləri maşın tərəfindən aşkar edilir;
  3. Təhlükəsizlik elementlərinin üçüncü səviyyəsini emitent yalnız banknot qaytarıldıqda aşkar edə bilər.

Qeyd edək ki, banknotların hazırlandığı polimer substrat təhlükəsizliyin ən mühüm elementi hesab olunur.

Substratın və yeni əlavə təhlükəsizlik vasitələrinin istifadəsi Avstraliyada saxtakarlığının praktiki olaraq yoxa çıxmasına gətirib çıxardı.