8 C
Baku
Friday, March 29, 2024

“PMD” törəməsi rəhbərinə yeni müavin təyin edilib

“PMD Projects” MMC şirkətinin direktoruna yeni müavin təyin edilib.

Banker.az xəbər verir ki, bu Nəriman Topçubaşovdur.

O, 2007-ci ildən ana şirkət olan “PMD Group” MMC-də  çalışırdı.

Hazırda şirkətin direktoru Dəyanət Sədullayevdir.

Qeyd edək ki, “PMD Projects” 2018-ci ildə yaradılıb, 7 milyon manat nizamnamə kapitalına sahibdir. Azərbaycanın müxtəlif bölgələrində yaşayış binalarının, mehmanxanaların, kənd təsərrüfatı təyinatlı obyektlərin, sənaye müəssisələrinin layihələndirilməsi və tikintisini, eləcə də  müxtəlif biznes obyektlərinin təmir və bərpası işlərini həyata keçirir.

Son xəbərlər
Digər xəbərlər