3 C
Baku
Saturday, December 14, 2024

Poçtlar kredit verəcək

Azərbaycanda poçtlar vasitəsilə kredit veriləcək. Artıq poçtların kredit verməsi ilə bağlı pilot layihə də hazırlanıb.

Bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bank siyasəti dövlətin, həmçinin tənzimləyici orqan kimi Mərkəzi Bankın diqqət mərkəzindədir. Ona görə də nazirlik tərəfindən bununla bağlı huquqi baza möhkəmləndirilib:

“Biz hüquqi bazanı hazırlamışıq və həyata keçirməyə başlayacağıq. Hazırda məsələnin hüquqi tərfləri həll olunur. Hesab edirik ki, mikrokreditlərin verilməsi, nəzarətin aparılması üçün Azərbaycanda yayılan poçt xidməti çox yaxşı mühitdir. Bir neçə rayonda bu pilot layihəni həyata keçirəcəyik”.

Publika.az

Son xəbərlər
Digər xəbərlər