3 C
Baku
Saturday, December 14, 2024

Podolyak: “Luqansk və ya Donetsk azad edilsə, Rusiyaya qarşı müharibə başa çatacaq”

Ukrayna Silahlı Qüvvələri Luqansk və ya Donetski azad edəndə Rusiyaya qarşı müharibə başa çatacaq.

Bunu çərşənbə günü, telemarafonun efirində Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Podolyak qeyd edib ki, Luqansk və ya Donetskin işğaldan azad edilməsi Rusiya ordusunu ruhdan salacaq və cəbhənin dağılmasına gətirib çıxaracaq.

Podolyak bəyan edib ki, 1991-ci ildə beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində azad edilmiş bütün ərazilərdə tammiqyaslı müharibə başa çatacaq.

Ukrayna İnformasiya Agentliyinin xəbərinə görə, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər