16 C
Baku
Thursday, March 28, 2024

Poker oyunçusu, restorator və bir cüt sevgili: ABŞ insayder ticarət sxemini aşkarladı

ABŞ hakimiyyəti “insayder məlumatlarının ticarəti üzrə genişmiqyaslı beynəlxalq şəbəkənin” açılqanmasını elan ediblər, Bloomberg yazır. Ədliyyə Nazirliyi və Qiymətli Kağızlar Komissiyasından verilən məlumata görə. investisiya bankirləri birləşmə və satınalmalar haqqında olan məlumatları vasitəçilər vasitəsi ilə treyderlərə satırdılar.

Cinayət şəbəkəsinin üzvləri “layiqli film” in personajlarıdır. İttihamlar Manxetten müəssisələri şəbəkəsinə sahib olan Yunanıstan restorateratoru, poker oyununun fanatı, “Goldman Sachs” bankiri və eyni zamanda romantik münasibətlərdə olduğu iddia edilən Londonda fəaliyyət göstərən iki investisiya bankirinə qarşı irəli sürülür.

Bankirlər məxfi məlumatları iş yerlərində öyrənərək, mükafatı pul, bahalı səyahətlər və saat şəklində alırdılar. Aşkarlanmamaq üçün fırıldaqçılar üz-üzə görüşlərə üstünlük verirdilər və “birdəfəlik istifadə” üçün nəzərdə tutulan telefonlardan zəng edirdilər.

İştirakçılar əldə etdikləri məxfi məlumatlarını jurnalistlərə, o cümlədən “Bloomberg News” əməkdaşlarına ötürüblər. Onlar paylaşımların səhmlərin qiymətinə təsir edəcəyinə ümid edirdilər.

Kinodakı kimi

İttiham olunan şəxslərdən biri George Nikas-dır. O, Avropa və ABŞ-da biznesə sahibdir və GRK Fresh “fast-food” restoranlar şəbəkəsini idarə edir. George Nikas-ın məxfi məlumatları “Goldman Sachs” bankirindən (Brian Cohen) aldığı güman edilir. Biznesmen bütün ittihamları rədd edir.

“Ariad Pharmaceuticals” ın direktorlar şurasının üzvlərindən birinin oğlu Telemah Lavidas da ittiham olunan şəxslərdən biridir. Onun  şirkətə aid olan gizli məlumatları Nikas-a ötürməsi güman edilir.

Ticarətçi və poker oyununun fanatı olan Joseph El Khoury, bazar ertəsi günü həb olunmuşdur. O, “Moelis&Co” (Benjamin Taylor) və “Centerview Partners” (Darina Windsor) işçilərindən insayder məlumatlarını almaqda günahlandırılır.

Onlar uzun müddət ərzində sevgili olublar. Birlikdə bankirlər orta hesabla 1 milyon dollar nağd pul qazana biliblər. Hal-hazırda Taylor Fransada, Windsor isə Tailandda saxlanılır.

 

 

Son xəbərlər
Digər xəbərlər