9 C
Baku
Thursday, December 12, 2024

Polşa 10-20 il müddətinə avrodan imtina etdi

Banker.az saytı Bloomberg agentliyinə istinadən əbər verir ki, Polşa gələcək 10 və yaxud 20 il ərzində avronu qəbul etmək niyyətində deyil. Bu haqda məlumatı isə Polşanın baş nazirinin müavini Mateuş Moraveçkiy verib.

Onun sözlərinə görə, əgər onun ölkəsi borc vermək, faiz dərəcələrini təyin etmək və sərbəst konvertasiya edilən valyuta çap etmək imkanı kimi alətlərdən məhrum olacaqsa, “tezliklə bu qərardan peşman olacaq”.

“10-20 ildən sonra ölkə iqtisadiyyatının açar mövqeli parametrləri Almaniya, Fransa və Hollandiyada olduğu kimi olacaqsa, biz bun məsələ haqqında düşünməliyik” – deyə Moraveçkiy qeyd edib.

Eyni zamanda, Hüquq və Ədalət partiyasının rəhbəri Yaroslav Kçainskiy vurğulayıb ki, Polşa ÜDM həcmi adambaşına 85% düşdükdə avroya keçə bilər. Qeyd edək ki, Polşa Aİ-na daxil olduqda bu göstərici 50%-ə bərabər idi. Bununla belə, ölkə iqtisadiyyatının artım tempi Aİ üzrə orta dərəcədən yüksəkdir.

 

Son xəbərlər
Digər xəbərlər