Polşa Belarusla sərhəddə qoruyucu divarın tikintisini başa çatdırıb.
Bu barədə Polşa xüsusi xidmət orqanlarının işini koordinasiya edən nazirin mətbuat katibi Stanislav Zarin “Twitter” hesabında məlumat yayıb.
Divarın tikintisinə yanvarın 25-də başlanılıb.
Zarinin sözlərinə görə, Polşa sərhədi Avropada ən yaxşı qorunan sərhəddir:
“Polşa Belarusla sərhəddə qoruyucu maneənin tikintisini başa çatdırıb. Polşaya qanunsuz daxil olmaq mümkün deyil. Bu gün Polşa sərhədi Avropada ən yaxşı qorunan sərhəddir”.
Qeyd edək ki, 2021-ci ilin noyabrında Belarusla sərhəddə miqrasiya böhranı yaranıb. 2 minə yaxın qeyri-qanuni miqrant Polşaya zorla daxil olmağa çalışıb.