12 C
Baku
Wednesday, December 11, 2024

Polşa Belarusla sonuncu sərhəd məntəqəsini bağlayacaq

Polşa “Kukurıki-Kozloviçi” sonuncu işçi sərhəd-keçid məntəqəsində yük maşınlarının keçidini məhdudlaşdıracaq.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Departament qeyd edib ki, tədbirlər Belarus hakimiyyətinin Polşa daşıyıcılarının respublika ərazisindən Latviya və Litvaya keçməsinə qadağa qoyması ilə əlaqədar həyata keçirilib. Eyni zamanda, Daxili İşlər Nazirliyinin nümayəndələri bu sərhəd-keçid məntəqəsi ilə sərnişinlərin gediş-gəlişinin dayandırılmayacağını vurğulayırlar.

Belarus hakimiyyətinin Polşa daşıyıcılarına Belarus-Litva və Belarus-Latviya sərhəd keçid məntəqələrində sərhədi keçmək imkanları ilə bağlı tətbiq etdiyi məhdudiyyətlərlə əlaqədar nazir Mariuş Kaminski Kukurıki-Kozloviçi sərhədində Belarus yük maşınlarının hərəkətini məhdudlaşdırmaq qərarına gəlib. Polşa Daxili İşlər Nazirliyinin bəyanatında deyilir ki, məhdudiyyət Terespol sərhəd-keçid məntəqəsində sərnişin daşımalarına şamil edilmir .

Yeni qaydalar fevralın 21-də saat 19:00-da qüvvəyə minəcək. Belarus yük maşını sürücülərinə Latviya və Litvadan keçməklə respublika ərazisinə daxil olmaq təklif olunub.

Fevralın 10-da Polşa Daxili İşlər Nazirliyinin rəhbəri Mariuş Kaminski Belarusdan Polşa-Belarus “Bobrovniki” keçid məntəqəsində nəqliyyatın hərəkətinin müvəqqəti dayandırıldığını elan edib. Bu sərəncama “dövlət təhlükəsizliyi səbəbləri” ilə əməl edilib. Polşa departamenti Belarus sərhədçilərinə məlumat verib ki, fevralın 10-dan keçid məntəqəsi avtomobillərin və marşrutu sərhəddən keçən şəxslərin qeydiyyatını dayandıracaq.

 

Son xəbərlər
Digər xəbərlər