17 C
Baku
Sunday, May 19, 2024

Polşa böyük şirkətlərə 3.7 milyard dollar yardım edəcək

Polşa hökuməti elektrik enerjisi və qaz qiymətlərinin artması səbəbindən əlavə xərclər çəkməli olan şirkətlərə dəstək üçün 2024-cü ilə qədər 17.4 milyard zloti (3.7 milyard dollar) ayırmağı nəzərdə tutan qanun layihəsini qəbul edib.

Bbu barədə Polşa hökumətinin yaydığı məlumatda deyilir.

Belə ki, hökumət 2022-2024-cü illərdə elektrik enerjisi və təbii qazın qiymətlərinin artması ilə əlaqədar sahibkarlara 17.4 milyard zlot məbləğində dövlət yardımı göstərəcək ki, bunun da 5 milyarddan çoxu bu il olacaq.

Qeyd edək ki, Polşada 2022-ci ildə qazın qiyməti ötən illə müqayisədə 420%, elektrik enerjisinin qiyməti isə 263% artıb.

Polşa Nazirlər Kabineti qeyd edib ki, bəzi Polşa şirkətləri, məsələn, keramika və ya metallurgiya sənayesi artıq müəyyən məhsulların istehsalını dayandırmaq məcburiyyətində qalıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər