17 C
Baku
Sunday, May 19, 2024

Polşa Britaniyadan hava hücumundan müdafiə sistemi alıb

Polşa Böyük Britaniyadan müasir “Sky Saber” hava hücumundan müdafiə sistemini alıb.

Bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak “Twitter“ səhifəsində məlumat verib.

“Britaniyanın “Sky Saber” hava hücumundan müdafiə sistemi Polşanın hava məkanının təhlükəsizliyini təmin etmək üçün artıq ölkəmizdədir. Bu, bizim Böyük Britaniya ilə güclü münasibətlərimizin nəticəsidir və NATO-nun Şərq cinahının təhlükəsizliyinə ümumi qayğımızın sübutudur”, – deyə Blaşçak yazıb.

Bir gün əvvəl Polşalı nazir həmçinin Britaniya tank şirkəti “Challenger”-in bu həftə Polşaya gələcəyini bildirib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər