7 C
Baku
Sunday, February 5, 2023

Polşa Cənubi Koreyadan böyük həcmdə silah alır

Polşa Cənubi Koreyadan böyük həcmdə silah alır.

Bu barədə Polşa Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Cənubi Koreya ilə razılaşdırılan silah müqavilələri (K2 tankları, K9 top haubitsaları, FA-50 təyyarələri) son illərdə Polşanın ən mühüm və ən böyük müdafiə sifarişlərindən biridir: “Sifariş edilən texnika Polşanın çəkindirmə və müdafiə potensialını gücləndirəcək”.

Nazirlik bildirib ki, Polşa müdafiə sənayesinin geniş iştirakı və hərbi ekspertlərin rəy və qiymətləndirmələri nəzərə alınmaqla, daha sonra bu silahlar ölkədə istehsal olunacaq.

Müdafiə Nazirliyinin məlumatına görə, K2 tanklarının sifarişi iki mərhələdə olacaq. Birinci mərhələdə 180 tank sifariş olunur və artıq bu ildən çatdırılmalara başlanacaq. İkinci mərhələdə isə 800-dən çox tank sifariş ediləcək və bu tanklar K2PL standartına uyğunlaşdırılacaq, 2026-cı ildən isə tankların Polşada istehsalına başlanacaq. Birinci mərhələdə əldə olunan tanklar da K2PL standartlarına uyğunlaşdırılacaq.

Nazirlik bildirib ki, birinci mərhələdə Cənubi Koreyadan 48 ədəd K9 haubitsası alınması planlaşdırılır ki, onların bir hissəsi bu il Polşaya təhvil veriləcək (məqsəd Ukraynaya təhvil verilən silahların boşluğunu doldurmaqdır). 600-dən çox haubitsanın tədarükünə isə 2024-cü ildə başlayacaq, 2026-cı ildən isə bu silahlar Polşada istehsal olunacaq. K9 Polşa rabitə sistemləri ilə təchiz olunacaq və inteqrasiya olunmuş Topaz döyüş idarəetmə sisteminə qoşulacaq.

Polşa həmçinin 2023-cü ilin ortalarında 12 FA-50 təyyarələri alacaq və ümumi tədarükə 48 təyyarə daxildir. FA-50 yüngül, çoxməqsədli təlim və döyüş təyyarələridir. Təyyarə Polşa Hərbi Hava Qüvvələrinin (IFF NATO) təqdim etdiyi dəqiq tələblərə uyğun konfiqurasiya ediləcək, artan əməliyyat imkanlarına və “Block 20” standartına malik olacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X