12 C
Baku
Friday, March 29, 2024

Polşa növbəti dəfə Almaniyadan təzminat tələb edib

Polşanın hakim Hüquq və Ədalət Partiyasının rəhbəri Yaroslav Kaçinski yerli mətbuata müsahibəsində İkinci Dünya müharibəsindəki cinayətlərə görə Almaniyanın Polşaya təzminat ödəməli olduğunu bildirib.

Kaçinski bildirib ki, Almaniya müharibə zamanı törətdikləri vəhşiliklərə görə yüngül cəza ilə qurtulub və bu barədə ölkənin bəxti gətirib.

Partiya rəhbəri bildirib ki, Almaniya polşalılara borcludur və bu borcu ödəməlidir.

Qeyd edək ki, bir müddət əvvəl Polşa Almaniyadan müharəyə görə 1,3 trilyon dollar təzminat tələb edib. Oxşar tələblə Rusiya XİN-ə də müraciət edilib.

Mənbəapa
Son xəbərlər
Digər xəbərlər