Polşa rus və belarus qeydiyyatlı yük maşınlarının sərhəddən keçməsini dayandıracaq

Polşa Daxili İşlər Nazirliyi və Administrasiyası Rusiya və Belarusda qeydiyyatda olan malların olduğu yük maşınlarının Polşa-Belarus sərhədindən keçirilməsini dayandırmaq niyyətindədir.

Bu barədə dərc olunan hökumətin fərmanı layihəsində danışılır.

“Belarus Respublikası və ya Rusiya Federasiyasının ərazisində qeydiyyatda olan yük avtomobilləri, traktorlar, qoşqular, o cümlədən yarımqoşqular və avtomobil qatarları üçün Belarus Respublikası ilə sərhəddən yükdaşımaları növbəti xəbərdarlıq edilənədək dayandırılır”, – deyə məlumatda bildirilir.

Son xəbərlər
Digər xəbərlər