Polşanın inkişaf və texnologiya naziri Valdemar Buda Ukraynadan taxıl idxalına qoyulan qadağanın uzadılması haqqında fərman imzalayıb.
Bu barədə idarə rəisi X sosial şəbəkəsində məlumat yayıb.
“Avropa Komissiyasının Ukraynadan taxıl idxalına embarqonun uzadılmasından imtina etməsi ilə bağlı səhv qərarı ilə əlaqədar Baş nazir Mateuş Moravetskinin göstərişlərinə uyğun olaraq, qadağanın davam etməsi haqqında sərəncam imzaladım”, o yazıb.