7 C
Baku
Sunday, December 15, 2024

Pomidor 1-ci, fındıq 2-ci olub – Qeyri-neft sektoru üzrə ixrac 19% artıb

2019-cu ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (142,3 milyon ABŞ dolları) liderliyini qoruyub.

Banker.az-ın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin oktyabr sayı təqdim olunan icmalına əsasən, bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 120,8 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (87,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb. 

Ümumiyyətlə, 2019-cu ilin 9 ayı ərzində meyvə-tərəvəz ixracı 389,8 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 152 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 97,2 milyon, pambıq lifi ixracı 86,7 milyon,  kimya sənayesi məhsullarının ixracı 76,6 milyon, elektrik enerjisinin ixracı 62,9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46,7 milyon, şəkər ixracı  23,2 milyon,  pambıq ipliyi ixracı 22,5 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 20,3 milyon ABŞ dolları təşkil edib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 85 faiz,  plastmassa və onlardan hazırlanan məmulatların ixracı 59 faiz, pambıq lifinin ixracı 38 faiz, kimya sənayesi məhsullarının ixracı 35 faiz, pambıq ipliyinin ixracı 32 faiz, meyvə-tərəvəzin ixracı 14 faiz,  şəkər ixracı 12 faiz, elektrik enerjisinin ixracı 6 faiz artıb.

2019-cu ilin sentyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 136 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin sentyabr ayı ilə müqayisədə 2019-cu ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixrac 22 milyon ABŞ dolları və ya 19 faiz  artıb. Cari ilin sentyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (38,5 milyon ABŞ dolları), Türkiyəyə (25,4  milyon ABŞ dolları), İsveçrəyə (13,9 milyon ABŞ dolları), Gürcüstana (12,5  milyon ABŞ dolları) və Çinə (5,4 milyon ABŞ dolları)  ixrac edilib.

2019-cu ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 13,1 milyon ABŞ dolları) birinci, qabığı təmizlənmiş meşə fındığı (11,7 milyon ABŞ dolları)  ikinci, emal olunmamış aşqarlanmamış alüminium (8,1 milyon ABŞ dolları)  üçüncü olub.

Son xəbərlər
Digər xəbərlər