16 C
Baku
Thursday, May 2, 2024

Pomidor ixracından Azərbaycana daxil olan valyuta azalıb

2023-cü ilin yanvar-avqust aylarında Azərbaycandan xarici ölkələrə dəyəri 124 milyon 290 min dollar olan 112 064 ton pomidor ixrac edilib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.

Ötən ilin 8 ayı ilə müqayisədə pomidor ixracından gələn gəlir 7.4%, miqdarı isə 0.2% azalıb.

2022-ci ilin yanvar-avqust ayında Azərbaycandan 134 milyon 229 min dollar dəyərində pomidor ixrac edilib. İxrac edilən məhsulun miqdarı isə 112 302 ton olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər