7 C
Baku
Thursday, December 12, 2024

Pomidor ötən il Azərbaycana 160 milyon dollardan çox valyuta gətirib

2021-ci ildə Azərbaycandan 160 milyon 229 min dollar dəyərində 145 min 217 ton pomidor ixrac olunub. 2020-ci ildə isə Azərbaycandan 201 milyon 354 min dollar dəyərində 187 min 539 ton pomidor ixrac edilmişdi.

Banker.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı ötən il illik müqayisədə dəyər ifadəsilə 20.4% və miqdar ifadəsilə də 23% azalıb.

2021-ci ilin 11 ayında (yanvar-noyabr) Azərbaycandan 140 milyon 582 min dollar dəyərində 129 min 631 ton pomidor ixrac olunub. Beləliklə, dekabr ayında 19 milyon 647 min dollarlıq 15 min 586 ton pomidor ixrac edilib.

Xatırladaq ki, noyabrda 10 milyon 930 min dollar dəyərində 9 min 289 ton pomidor, Oktyabrda 1 milyon 409 min dollarlıq 1 204 ton pomidor, sentyabrda 31 min dollarlıq 34 ton pomidor, avqustda isə 51 min dollarlıq 64 ton pomidor ixrac edilib.

Son xəbərlər
Digər xəbərlər