6 C
Baku
Sunday, December 15, 2024

Pomidor qızıldan daha çox valyuta gətirib

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin noyabr sayı təqdim edilib. 2020-ci ilin on ayı ərzində Azərbaycandan 12,2 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə 1,4 milyard ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 

Banker.az xəbər verir ki, bu ilin yanvar-oktyabr ayları ərzində Rusiyaya 550,6 milyon, Türkiyəyə 285,5 milyon, İsveçrəyə 176 milyon, Gürcüstana 109,1 milyon və Çinə 34,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2020-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor 173   milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda –  158,7   milyon ABŞ dolları)  ikinci və pambıq mahlıcı  (94,7 milyon ABŞ dolları) üçüncü olub.

Son xəbərlər
Digər xəbərlər