2020-ci ilin yanvar-iyul ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (166,5 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 96,5 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (70,6 milyon ABŞ dolları) üçüncü olub.
Banker.az xəbər verir ki. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin avqust sayında bildirilir.
2020-cu ilin iyul ayında qeyri-neft sektoru üzrə ixracda albalı və gilas (16,4 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (12,1 milyon ABŞ dolları), qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 10,7 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.