ABŞ-ın dövlət katibi Mayk Pompeo dünya birjalarını Çin şirkətləri üçün listinq qaydaları sərtləşdirməyə çağırıb, bu barədə “Reuters” xəbər agentliyi məlumat verib.
“Administrasiya [ABŞ prezidenti Donald Trampın] bütün Amerika şirkətlərinin dünyanın digər ölkələrində bərabər şərtlərlə işləyə biləcəyini təmin etməyə borcludur, – Popmpeo söyləyir. – Mən NASTAQ birjasının qeyediyyata alınan şirkətlərin beynəlxalq hesabat və yoxlama standartlarına uyğun olmasını təmin etmək tələbini dəstəkləyirəm”.
Onun sözlərinə görə, NASTAQ-ın qərarı “Çin şirkətlərinin mühasibatlığında saxtalaşdırma təcrübəsinin yayılmasını nəzərə alaraq xüsusilə vacibdir”.
“Amerikalı investorlar qaydalara riayət etməyən şirkətlərin gizli və əsassız iddialara məruz qalmalı deyil, – Pompeo söyləyib. – NASTAQ-ın bu addımı ABŞ-ın digər birjaları üçün nümunə olmalıdır”.
Xatırladaq ki, may ayında ABŞ prezidenti Federal Pensiya Fonduna ölkənin milli təhlükəsizliyinə təhdid yaradan şirkətlərə investisiya qoymağı qadağan etmişdir.