18 C
Baku
Wednesday, April 24, 2024

Porsche hollandların köhnə avtomobilini dəyişir

Porsche hollandiya müştəriləri üçün yeni layihə hazırlayıb. Şirkət onlara köhnə avtomobil modelini yenisinə dəyişməyi təklif edir. Lakin yeni avtomobil modelinin hansı  model olduğu bilinmir.

Blind Trade  saytına girərək köhnə Porsche avtomobilini yenisinə dəyişmək olar. Saytda məlumat yalnız holland dilindədir. 3 martdan etibarən hər gün yeni model haqqında yeni məlumatlar yayılır. Lakin bu məlumatlar avtomobilin hissələri haqqında məlumatlardılar.

Avtomobilin şəkli isə hissə -hissə açılır.

Məlumdur ki, yeni Porsche şirkətin tarixində texnoloji cəhətdən ən mükəmməl avtomobil olacaq.

Avtomobili hər kəs deyil, yalnız bir nəfər əldə edə biləcək. Avtomobilini dəyişdirmək istədiyi haqqında məlumatı daha tez bildirənlərin onu əldə etmək şansları daha yüksəkdir.

Bugünkü gündə 2000-dən çox nəfər avtomobillərini dəyişdirməyə razılıq veriblər. 31 mart tarixində qalib elan ediləcək.

Heç bir məbləğ ödəmədən qalib yeni avtomobilini ala biləcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər