13 C
Baku
Friday, April 26, 2024

Portuqaliya elektrik enerjisi istehsalında kömürdən imtina edib

Portuqaliya kömürlə işləyən “Pego” elektrik stansiyasının fəaliyyətinin dayandırılması ilə noyabrın 19-dan başlayaraq elektrik enerjisinin istehsalında kömürdən istifadə olunmasından tamamilə imtina edib.

Bu barədə Portuqaliyanın “ZERO” ekologiya təşkilatı elan edib.

“Pego” elektrik stansiyası kömür ehtiyatlarını tükətdikdən sonra noyabrın 20-si kömür yandırılmadan elektrik enerjisinin istehsal edildiyi ilk gün olub.

“ZERO” milli ekologiya təşkilatı üçün bu tarixi gün iqlim dəyişikliyi əmələ gətirən istixana qazları tullantıları baxımından daha çirkləndirici yanacaqdan istifadənin dayandırılması ilə əlamətdar oldu.

Kömürlə işləyən “Pego” elektrik stansiyası ölkədə tullantıların 4 faiz payına sahibdir. “Pego” bu ilin yanvarında fəaliyyəti dayandırılan Siniş istilik elektrik stansiyasından sonra son on il ərzində karbon qazı tullantılarının miqyasına görə Portuqaliyada ikinci yeri tutur. 2008-2019-cu illərdə “Pego” zavodu tərəfindən istixana qazlarının orta illik tullantısı 4,7 milyon ton karbon dioksidi təşkil edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər