Portuqaliya Ukraynaya beş qəza-xilasedici və tibbi zirehli maşın verəcək.
Bu barədə Portuqaliyanın milli müdafiə naziri Helena Karreyras tviterdə bildirib.
Ramştayn formatında keçirilən görüşdə müvafiq qərar qəbul edilib.
“Portuqaliya Ukraynaya beş zirehli qəza-xilasedici və tibbi maşın göndərəcək – üç növ M113 və iki növ M577”, – o qeyd edib.