Post-terminalların sayı 16% azalıb, vergilər naziri Mikayıl Cabbarov deyir

0

Nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşmasına xidmət edir. Bu baxımdan hökumət tərəfindən nağdsız mühitin genişlənidirilməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi, rəqəmsal ödənişlərin inkişafı üçün mühüm tədbirlər görülməkdədir.

Bunu Vergilər naziri Mikayıl Cabbarov Milii Məclisdə “2018-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Nazir bildirib ki, Vergilər Nazirliyi həmin qurumlarla birgə çalışır: “Nağd pul kütləsinin cəmi pul kütləsində xüsusi çəkisi 2017-ci ilin dekabr ayı ilə müqayisədə 2018-ci ilin dekabrında 60,1%-dən 51,9%-ə qədər azalıb. Düşünürəm ki, bu rəqəm dinamikanın hansı istiqamətə yönəldiyini aydın şəkildə göstərir. Eyni zamanda 2016-ci illə müqayisədə post-terminalların sayında 16%-dək azalma olub. 2016-ci ildə 80 301 ədəd idisə, iyunun 1-nə 67 032 post-terminal qeydiyyatdadır. Eyni zamanda, hazırda ölkədə 6 mln. 721 min ədəd ödəniş kartı mövcuddur”.

Az Vison