10 C
Baku
Friday, December 13, 2024

“Prada” dünyada ilk dəfə təkrar emal edilmiş qızıl zinət əşyalarının kolleksiyasını təqdim edib

İtaliya brendi olan “Prada” yeni “Eternal Gold” zərgərlik xəttini təqdim edib – xəttə daxil olan bütün zinət əşyaları 100% sertifikatlı təkrar emal edilmiş qızıldan hazırlanıb. Vurğulanır ki, təkrar emal edilmiş qızıl istifadə olunmayan və ya müxtəlif elektron komponentlərdən çıxarılan təmizlənmiş qiymətli metallardan alınır.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

Bu, lüks marka tərəfindən təqdim edilən təkrar emal edilmiş qızıl zinət əşyalarının ilk kolleksiyasıdır. Ümumilikdə, “Eternal Gold” xətti “Cartier”in qlobal innovasiyalar üzrə keçmiş direktoru Timoti İvatanın rəhbərlik etdiyi zərgərlik komandası tərəfindən hazırlanıb və 48 parçadan ibarətdir. Kolleksiya “Prada”nın imzası olan üçbucaqlı loqo ilə bəzədilib.

Kolleksiyanın reklamında amerikalı şair və fəal Amanda Qorman, amerikalı aktrisa Maya Hok və cənubi koreyalı müğənni Somi Çunq iştirak edib.

Son xəbərlər
Digər xəbərlər