10 C
Baku
Thursday, December 12, 2024

“Premier Kredit” BOKT hesabat açıqladı: sədr yanlışlıqlar olan hesabata imza atıb

6 yaşında olan “Premier Kredit” bank olmayan kredit təşkilatı 2019-cu il ərzində 198min manatlıq zərər edib.

Bu barədə BOKT-un 2019-cu il üzrə audit hesabatında təsdiq olunur.

“Premier Kredit” ötən il ərzində 230.56 min manatlıq faiz gəliri, 212.42 min manat faiz xərci edib, nəticədə, ötən il xalis faiz gəliri 18.15 min manat təşkil edib. Ötən il isə xalis faiz gəliri 115.89 min manat olub. Düzdür bu BOKT-un hesabatında bir təzad var: 489 768 -446 606 =115 890?. Çünki 2018-ci il hesabatında göstərilir ki, 489.76 min manat faiz gəliri, 446.61 min manat faiz xərci edib bu isə adi riyazi hesablama ilə 43.15 min manat təşkil etməli idi.

İnzibati və digər əlavə xərclərin yaranması fonunda faiz gəlirlərinin azalmsı təşkilatın 197.81 zərər ilə ili tamamlanmasına “motiv” olub.

İdarə Heyəti və Baş mühasibləri tərəfindən təsdiqlənən bu hesabat tərtibatında daha bir yanlışlıq kimi anlaşılan isə yığılmış zərərinin 978.11 min manata kimi artması kimi göstərilməsi olub.  Öncəki ildə kredit təşkilatının balansında 18.39 min manat bölüşdürülməmiş mənfəət olduğu halda bunun necə baş verməsi sual doğurur.

Qeyd edək ki, kənar audit kimi cəlb edilən “HN Economic and Tax Services” MMC adlı audit şirkətidir.

1 2 1

Son xəbərlər
Digər xəbərlər