14 C
Baku
Saturday, May 4, 2024

“Premier Kredit” BOKT-un mənfəəti aşağı düşüb 

Banker.azın verdiyi məlumata görə, “Premier Kredit” BOKT 2016-cı ilin sonuna dair audit hesabatının nəticələrinə açıqlayıb.

Təşkilat 2016-cı ili ərzində aktivlərini 2.7 mln. manatdan 5.2 mln. manata qədər artıra bilmişdir. Artım yalnız BOKT-nin öhdəlikləri hesabına olmuşdur.

Digər tərəfdən, 2016-cı ili ərzində təşkilatın məfəəti azalaraq 91 min manatdan  67 min manata düşmüşdür.

“Premier Kredit” BOKT 2016-cı ildə fiziki şəxslərə təxminən 1 mln manata yaxın kredit vermişdir ki buda 2015-cı ilin göstəricisindən (1.9 mln. manat) təxminən iki dəfə azdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər