6 C
Baku
Sunday, December 15, 2024

“Premium Bank” əməliyyat zərərində

“Premium Bank” ASC bu ilin 3-cü rübünü 6 milyon 999 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə bankın mənfəəti 7 milyon 650 manat təşkil edib.

Banker.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 8.5% azdır.

GƏLİRLƏRİ AZALIB, XƏRCLƏRİ ÇOXALIB

Yanvar-sentyabr aylarında “Premium Bank”ın gəlirləri 34 milyon 898 min manat (illik müqayisədə 7% az), xərcləri 35 milyon 846 min manat (6% çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib. Xərclər gəlirləri üstələdiyindən 948 min manat əməliyyat zərəri yaranıb.

KREDİT PORTFELİ KİÇİLİB

Bu il oktyabrın 1-nə “Premium Bank”ın aktivləri 655 milyon 451 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 0.3% çoxdur. Bunun 509 milyon 191 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 9 ayda Bankın kredit portfeli 11% kiçilib.

Hesabat dövründə “Premium Bank”ın öhdəlikləri 3,6% azalaraq 468 milyon 435 min manata düşüb, balans kapitalı isə 34% artaraq 187 milyon 16 min manata çatıb.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Bankın səhmdarları Zərifə Həmzəyeva, “VIP Aviation Services” MMC və Elvira Əhmədovadır.

p1 p2

Son xəbərlər
Digər xəbərlər