“Premium Bank” ASC-nin 2020-ci ildə plastik kart əməliyyatlarından gəlirləri kəskin düşüb.
Banker.az bu barədə Bankın illik audit hesabatına istinadən xəbər verir.
2020-ci il ərzində plastik kart əməliyyatlarından 6.63 mln. manat həcmində gəlir əldə edib. Bu 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4.63 milyon manat, yaxud 41% azalma deməkdir.
Plastik kartlar üzrə əməliyyatlara isə 3.14 milyon manat xərc çəkib. Bu öncəki ildə 3.96 mln. manat idi.
Beləliklə, bankın plastik kart əməliyyatlarından gəlirinin həcmi 3.49 milyon manat təşkil edib. Bu hesabat ilindən öncəki ildə 7.29 milyon manat idi.
Bundan əlavə “Premium Bank”ın 4.28 milyon manat (2019: 5.05 mln. manat) həcmində xarici valyuta alış satışı fərqindən xalis gəliri qalıb.