16 C
Baku
Wednesday, May 1, 2024

“Premium Bank”ın depozit portfeli 2023-cü ildə azalıb

“Premium Bank” ASC-nin kredit portfeli 2023-cü ildə yüksəlsə də, depozitlər azalıb.

Banker.az bunu bankın illik maliyyə hesabatına istinad edir.

Hesabat müddətinin əvvəlindən aktivlərin həcmi 7.09 milyon manat və ya 1% azalaraq 685.12 milyon manata qədər azalıb. Aktivlərin azalmasına səbəb banklar və digər maliyyə institutlarındakı depozitlərin son bir ildə 1.88 milyon manatdan 40 milyon manata qədər azalmasıdır.

Bununla belə, kommersiya bankı müştərilərə verilən kreditlərin həcmini 2023-cü ildə artıra bilib. Əsas fəaliyyət istiqaməti olan kredit portfeli 8% artaraq 471.87 milyon manata yüksəlib.

Bank 2023-cü ildə əhalinin və şirkətlərin depozitləri azalıb. Belə ki, ötən ilin əvvəli 466.49 milyon manatlıq depozit portfeli on iki ayın sonuna 426.77 manata qədər azalıb. Bu da illik 9% azalmadır. Bank maliyyə mənbəsi kimi Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklərini 30.30 milyon manatdan 67.81 milyon manata qaldırıb.

Bankın faiz gəlirləri öncəki rəqibləri ilə müqayisədə daha zəif inkişaf edib. Faiz gəlirləri illik 3% artım göstərməklə 31.78 mln. manata yüksəlib.

2023-cü ildə 7.45 milyon manat xalis mənfəət əldə edib. Öncəki ildə bu rəqəm 3.54 milyon manat idi.

a1 1

a22 1

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər