7 C
Baku
Sunday, December 15, 2024

“Premium Bank”ın sədri dəyişdirildi

“Premium Bank” ASC-nin İdarə Heyətinin sədri dəyişdirilir.

Banker.az-ın əldə etdiyi məlumata əsasən, indiyə qədər bankın İdarə Heyətinin üzvü və sədr müavini olan Kamil Lətifov Fuad oğlu bankın sədri seçilib.

Buna qədər sözügedən vəzifədə Mahir Nəcəfov İbrahim oğlu idi. M.Nəcəfov bundan sonra bankın İdarə Heyətinin üzvü kimi vəzifəsini davam etdirəcək.

K.Lətifov 2008-ci ildən bank sektorunda çalışır. Karyerasına “Bank of Baku “ ASC-də başlamışdır, 2016-cı ildən “Kapital Bank” ASC-də “şöbə rəisi” kimi çalışmışdır.

2021-ci ildən “Premium Bank” ASC-də “Komplayens” departamentinin direktoru kimi çalışmağa başlayıb. 2023-cü ilin əvvəlindən fəaliyyətini İdarə Heyətinin üzvü – sədr müavini (Baş risk inzibatçısı) kimi davam etdirib.

2024-cü ildə İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib.

O, Türkiyənin “Boğaziçi” Universitetində MBA dərəcəsinə yiyələnib. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bakalavr və magistr təhsili alıb. Hazırda “iqtisad elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsi üzrə təhsilini davam etdirir.

Kamil Lətifov bir çox beynəlxalq elmi məqalələrin müəllifidir və beynəlxalq sertifikatlara malikdir.

Son xəbərlər
Digər xəbərlər