“Premium Bank” ASC-də yeni təyinat baş tutub.
Banker.az xəbər verir ki, Camid Mövsümov İdarə Heyətinin sədrinin müşaviri vəzifəsinə təyin edilib.
Camid Mövsümov eyni zamanda “Made in Turan” brendinin təsisçisidir. O, 2022-ci ilin avqust ayından Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) İdarə Heyətinin sədridir.
Camid Mövsümov Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə həm bakalavr, həm də magistr pillələri üzrə təhsil alıb.







