19 C
Baku
Sunday, May 19, 2024

“Premium Bank”ın xalis mənfəəti 43% azaldı – Gəlirləri azalıb

“Premium Bank” ASC 2022-ci ilin ilk üç rübü üzrə nəticələrini açıqladı və onun mənfəət/zərər hesabatındakı nəticələr öncəki ildən bir qədər zəifdir.

Banker.az xəbər verir ki, ilin ilk doqquz ayında 22.93 milyon manatlıq faiz gəliri əldə edib, bu da 2021-ci ilin eyni dövründən 6.1% fazdır.

Bankın faiz xərclərinin həcmi 7.44 mln. manat, qeyri-faiz gəlirləri 12.91 mln. manat və qeyri-faiz xərcləri 20.69 mln. manat olub.

Bu da 7.72 milyon manat əməliyyat mənfəətidir.

“Premium Bank” 3.71 mln. manat mümkün zərərlər üçün məqsədli ehtiyat ayırıb və nəticədə 4.01 milyon manat xalis mənfəət əldə edib. Xalis mənfəət ötən ilin müvafiq dövründə 7 mln. manat idi və bu da 43% azalma deməkdir.

1 oktyabr 2022-ci il tarixinə Premium Bank-ın bölüşdürülməmiş mənfəəti 14.04 mln. manat olub.

2222222

Son xəbərlər
 ⁠
Digər xəbərlər