11 C
Baku
Sunday, March 3, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Premium seqment debet kartlar: Hansı bankda hansı şərtlərlə verilir?

Premium seqment debet kartlar: Hansı bankda hansı şərtlərlə verilir?

0
Premium seqment debet kartlar: Hansı bankda hansı şərtlərlə verilir?

Banker.az monitorinq qrupunun bugünkü araşdırma mövzusu premium seqmentə aid olan debet kartlar, kartların üstünlükləri və tarifləri haqqındadır. Premium seqment kartlar dedikdə, istifadəçisinə xüsusi imkanlar və güzəştlər təqdim edən bank kartları nəzərdə tutulur.

Bildiyiniz kimi, ölkəmizdə fəaliyyət göstərən bankların emissiya etdiyi kartlar əsasən VİSA və Mastercard beynəlxalq ödəniş sistemlərinin kartlarıdır. Hər iki ödəniş sisteminin premium seqment kartları vardır. Bəzi hallarda “Gold” və “Platinum” statuslu kartları da premium seqmentə aid edirlər. Lakin bu kartlar yüksək status kartlarıdır, premium seqment kartlar isə aşağıdakılardır:

  • VİSA ödəniş sistemi – Visa Rewards və Visa İnfinite kartları
  • Mastercard ödəniş sistemi – Mastercard World, Mastercard World Black Edition, Mastercard World Elite (“World” ailəsi).

Kart sahiblərinə həm ödəniş sistemi, həm də Banklar tərəfindən bir sıra üstünlük və imkanlar təqdim edilir. Bu imkanların bəziləri ilə aşağıda Sizləri tanış etmək istərdik.

  • Pulsuz Səyahət sığortası
  • Səhiyyə və hüquq məsləhətləri
  • “Priority Pass” kartının hədiyyə olunması. Bu kart dünyada 1000-dən yuxarı hava limanlarında biznes “lounge”lara giriş imkanı verir.
  • Konsyerj (şəxsi assistent) xidməti
  • “Emergency Cash Disbursement” xidməti –  xarici ölkələrdə Kart itirildikdə və ya oğurlandıqda kartsız nağd vəsaitin alınması.
  • Kart sahiblərinə beynəlxalq dəstək.
  • Xüsusi endirimlər (Mastercard üzrə – Priceless Specials, Visa üzrə – Visa Worlds Best Offers)
  • Və s.

Yəqin bizimlə razılaşarsınız ki, yuxarıda qeyd edilmiş üstünlüklər hamı üçün maraqlı deyildir. Bu səbəbdən bu kartlar məhz premium seqment müştərilər üçün nəzərdə tutulmuşdur. Azərbaycanın əksər Banklarında müvafiq kartların biri və ya bir neçəsi emmisiya edilir. Bu kartların qiymətləri haqqında Sizləri məlumatlandırmaq istərdik. Həmçinin qeyd etmək istərdik ki, bəzi hallarda kartı əldə etmək üçün ilkin mədaxil tələbi də mövcuddur.

Bank Premium kart İlkin mədaxil tələbi Kartın qiyməti
Accessbank Visa İnfinite 30 000 AZN / USD / EUR Pulsuz
MC World Black Edition 30 000 AZN / USD / EUR Pulsuz
AFB Bank Visa İnfinite Yoxdur 1 illik – 250 AZN
AG Bank MC World Signia 1 illik – 300 AZN
Visa İnfinite Yoxdur 1 illik – 200 AZN

2 illik – 296 AZN

Amrahbank Visa İnfinite 10 000 AZN / USD / EUR 1 illik – 200 AZN

2 illik – 250 AZN

3 illik – 300 AZN

Azər – Türk Bank MC World Elite 20 000 AZN/USD/EUR mədaxil olunarsa kart pulsuz verilir. 1 illik – 400 AZN

2 illik – 600 AZN

3 illik – 800 AZN

Visa İnfinite 10 000 AZN/USD/EUR mədaxil olunarsa kart pulsuz verilir. 1 illik – 250 AZN

2 illik – 375 AZN

3 illik – 500 AZN

Bank of Baku Visa İnfinite 100 000 AZN/USD/EUR mədaxil olunarsa kart pulsuz verilir. 1 illik – 100 AZN

2 illik – 300 AZN

3 illik – 400 AZN

Bank Respublika MC World Black Edition 10 000 AZN / USD / EUR 1 illik – 150 AZN

2 illik – 250 AZN

3 illik – 350 AZN

MC World Elite 15 000 AZN / USD / EUR 1 illik – 300 AZN

2 illik – 500 AZN

3 illik – 700 AZN

Visa İnfinite 15 000 AZN / USD / EUR 1 illik – 300 AZN

2 illik – 500 AZN

3 illik – 700 AZN

Günay Bank MC World Black Edition 300 AZN / 150 USD / 150 EUR 1 illik – 350 AZN
Kapital Bank Visa İnfinite Yoxdur 1 illik – 300 AZN

2 illik – 500 AZN

3 illik – 600 AZN

MC World Elite Yoxdur 1 illik – 300 AZN

2 illik – 500 AZN

3 illik – 600 AZN

Rabitəbank MC World Black Edition Yoxdur 1 il – 200 AZN 100 (USD/EUR)

2 il – 350 AZN 200 (USD/EUR)

3 il – 500 AZN 250 (USD/EUR)

Unibank MC World Black Edition Yoxdur 2 illik – 200 AZN

3 illik – 300 AZN

MC World Elite Yoxdur 2 illik – 450 AZN

3 illik – 600 AZN

Visa İnfinite Yoxdur 2 illik – 450 AZN

3 illik – 600 AZN

Xalq Bank MC World Black Edition 1000 AZN / USD / EUR 1 illik  – 250 AZN